Logo

Psixoloq ruhi xəstəyə aşiq oldu və..

Psixoloq ruhi xəstəyə aşiq oldu və..
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da psixoloq ruhi xəstəliyi olan cinayətkarla əlaqədə olduğuna görə həbs edilib.

Sfera.az "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı Mişel Messer adam oğurluğu və narkotik satışına görə həbs edilmiş 46 yaşlı Kori Çapinin Arkanzasdakı ruhi xəstəxanadan qaçmasına yardımçı olub.

Kori Çapin psixiatrik dispanserə 2015-ci ildə düşüb. Həkimlər diaqnoz qoyub ki, müalicə almasa, cəmiyyət üçün təhlükə törədəcək.

Bir müddət sonra Kori qaçıb və yalnız iki həftə sonra həbs olunub. Məlum olub ki, ona qaçmaqda polis-psixoloq kömək edib. Buna səbəb isə Mişel Messerin öz pasientinə aşiq olması imiş.

Qadının sevgilisi üçün klinikaya qadağan olunmuş həblər, telefon və s. də gətirdiyi üzə çıxıb.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR