Logo

Havalimanı işçisini yaraşıqlı olduğu üçün cəzalandırdı

Havalimanı işçisini yaraşıqlı olduğu üçün cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin havalimanlarından birində maraqlı olay baş verib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, havalimanında texniki işçi olan 25 yaşlı gənc sərnişinlərdən birinin xoşuna gəlib. Sərnişin musiqi dinləyərək yeriyən texniki işçini kameraya çəkib və videonu sosial şəbəkədə paylaşıb.

Yaraşıqlı gənc qısa zamanda fenomenə çevrilib. Ancaq həmin video texniki işçinin maaşından pul tutulmasına səbəb olub.

Belə ki, havalimanı səlahiyyətliləri işçilərinin videodakı halını gördükdən sonra onu iş vaxtı geyim qaydalarına riayət etmədiyi üçün cəzalandırıb. Havalimanının bu addımı ölkədə səs-küy doğurub. Gənc texniki işçini müdafiə edən sosial şəbəkə istifadəçiləri havalimanı səlahiyyətlilərinin onun yaraşıqlılığını və populyarlığını qısqandığı üçün bu addımı atdıqlarını yazıblar.

Lalə Nəsirova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR