Dünyanın düz olduğunu isbat etmək üçün özünü roketə bağlayıb göyə uçdu - FOTO
Kateqoriya məlum deyil
Dünyanın düz olduğunu iddia edənlərin sayı gün keçdikcə artır.
Sfera.az "NTV"yə istinadən bildirir ki, bu iddiaları sübuta yetirmək istəyən amerikalı Mayk Hucs özünü roketə bağlayaraq göyə uçub.
Hadisə Kaliforniyada baş verib. Məlum olub ki, roketi Mayk özü hazırlayıb.
O, həmin roketlə 575 metr hündürlüyə qalxa bilib. Mohave səhrasına düşən Mayk ağır xəsarət alıb.
Lalə Nəsirova







