Logo

Avropanın ən dinsiz ölkələri - SİYAHI

Avropanın ən dinsiz ölkələri - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Londonun Müqəddəs Mariya Universiteti və Paris Katolik İnstitutunun birgə apardığı araşdırma göstərib ki, Avropa ölkələrində dinə inanmayanların sayı sürətlə artır.

Araşdırmaya rəhbərlik edən din sosiologiyası və ilahiyyat professoru Stivent Bullivent nəticələri "inam ölür” sözlərilə ifadə edib.

Sfera.az bildirir ki, araşdırmaya görə, Avropanın ən "dinsiz” ölkəsi Çexiyadır: Burada 16-29 yaş arasında olan gənclərin 91%-i dinə inanmır. İkinci və üçüncü yerlərdə 81% və 75% nəticə ilə Estoniya və İsveç gəlir.

Ən dindar ölkələr isə Polşa (gənclərin 17%-i dinə inanmır), Litva (25% inanmır) və Avstriyadır (37% inanmır).

İndiyə qədər güclü dini ənənələri olan Litva, Belçika, Niderland, Avstriyada gənclərin dindən uzaqlaşmaq faizi kifayət qədər yüksəkdir. Araşdırmaya rəhbərlik edən professor Stiven Bulliment bunu belə izah edib ki, "Valideynlərin inancı uşaqlara keçmir. Gənclərin çoxu xaç suyuna çəkilib, amma sonradan bir dəfə də olsun, kilsənin qapısını açmayıb”.

Dinsizlik göstəricisinə görə 13-cü yerdə gələn Rusiyada gənclərin 49%-i dinə inanmır.(azvision.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR