Logo

Əslində neçə yaşınız var? - TEST

Əslində neçə yaşınız var? - TEST
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaşınızı sadəcə təqvimlə müəyyənləşdirə bilməzsiniz. Çünki yaşadığınız şərait, ətraf mühitin təsiri, qidalanma rejiminiz, yuxu saatlarınız, stress və pis vərdişlər bədəninizin daha tez və ya gec yaşlanmasına səbəb olur.

İngiltərəli elm adamları insanın əsl yaşının onun sağlamlığı ilə birbaşa əlaqəli olduğunu düşünürlər. Bu mövzuda araşdırmalar aparan professor Robert Uial insanların bədən yaşını hesablamağın yolunu tapdığını iddia edir. Onun bu məqsədlə hazırladığı test "Daily Mirror” qəzetində yayımlanıb.

Sfera.az həmin testi təqdim edir. Test vasitəsilə siz də öz bioloji yaşınızı rahatlıqla hesablaya bilərsiniz.

Dərinin elastikliyi

Dəri yaşlandıqca ona elastiklik qazandıran kolajen və elastin maddələrində azalma müşahidə edilir. Əlinizin üzərindəki dərini çimdikləyib dartın və bir dəqiqə bu vəziyyətdə saxlayın. Dərini buraxanda nə qədər vaxta təkrar əvvəlki normal halına qayıdır?

Dərhal – 18-20 yaş

1 - 2 saniyə: 30-40 yaş arası

3 - 4 saniyə: 40-50 yaş arası

5 - 10 saniyə: 50-60 yaş arası

11 - 30 saniyə: 60-70 yaş arası

31 - 45 saniyə: 70-80 yaş arası

45 saniyədən çox çəkirsə, deməli 90 yaşındasınız.

Reaksiya

Bədəniniz qocaldıqca xarici təsirlərə daha gec reaksiya verir. Yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və dostunuzdan əlinizin üzərində 45 santimetrlik bir xətkeş tutmasını xahiş edin. O, xətkeşi buraxanda siz tutun. Xətkeşi harasından tutmağınız sizin reaksiyanızın cəldliyindən və ya yavaşlığından xəbər verir.

14 sm: 20-30 yaş arası

15 - 24 sm: 30-40 yaş arası

25 - 29 sm: 40-50 yaş arası

30 - 35 sm: 50-60 yaş arası

40 sm: 60-70  yaş arası

Zehin

100-dən geriyə yeddi-yeddi sayın. Nə qədər müddətə saya bilirsiniz? Əgər proses 25 saniyədən çox çəkirsə, deməli zehniniz yaşlıdır.

20 saniyədən daha tez: yaşınız 40-a çatmayıb

25 saniyə: 40 - 60 yaş arası

Bu testin nəticəsindən əmin olmaq üçün bir test daha edin. Bir dəqiqə ərzində meyvə və tərəvəz adlarını sadalayın. Əgər 15 ədəddən çox ad sadalaya bilmirsinizsə, deməli zehniniz 60 yaşa yaxınlaşır.

Tarazlılıq

Sağ ayağınızı 45 dərəcə əyri halda saxlayarkən, sol ayağınızın üzərində dayanın, əllərinizi isə ombanızın üzərinə qoyun. Gözlərinizi yumun. Tarazlılığınızı itirmədən və sağ ayağınızı yerə qoymadan nə qədər müddət dayana bildiyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrarlayın. Üç dəfənin nəticələrini nəzərə alaraq təxmini müddəti hesablayın.

70 saniyədən çox: 20-30 yaş arası

60 - 69 saniyə: 30-40 yaş arası

50 - 59 saniyə: 40-50 yaş arası

40 - 49 saniyə: 50-60 yaş arası

30 - 39 saniyə: 60-70 yaş arası

20 - 29 saniyə: 70-80 yaş

19 saniyədən az: 80-90 yaş arası

Gözbəbəyi

İnsan yaşlandıqca gözbəbəkləri kiçilir. Ancaq işıq  da gözbəbəyini kiçildə bilər. Ona görə də bu testi çox işıqlı mühitdə etmək olmaz.

Gözbəbəyiniz 4 mm-dirsə bioloji yaşınız 30; 2 mm isə 60-dır.

Lalə Nəsirova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR