Logo

12 yaşlı maşın oğrusu

12 yaşlı maşın oğrusu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Misisipi polisi anasının avtomobilini oğurlamış 12 yaşlı oğlan uşağını saxlayıb.

Sfera.az "Lenta.ru”-ya istinadən xəbər verir ki, azyaşlı  evindən 120 km uzaqlaşa bilib.

Hadisə Alabama ştatında başlayıb. Valideynləri ilə mübahisə edəndən sonra yeniyetmə anasının avtomobilinə oturaraq işə salıb. O bir ştatı keçərək Misisipinin  Nyu-Oqaste şəhəri yaxınlığına çatıb .

Burada avtomobilinə benzin vurmaq üçün yanacaqdoldurma stansiyasına daxil olub. Elə ora da da polis tərəfindən saxlanıb.

Polislər onun evdən bu qədər uzaqlaşmağına təəcüblənib:

"Azyaşlının saat yarıma 120 km qət etməsi, həm də avtomobilli qəzaya uğratmadan sürməsi təcüblüdür".

Polislər ümid edir ki, valideynləri uşağı cəzalandıracaq.

2017-ci ildə Avstraliya polisi də 12 yaşlı  sürücünü saxlamışdı. Həmin uşaq avtomobillə 1300 km qət etmişdi.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR