Dünyanın ən gözəl transgenderi seçildi - FOTOLAR
Kateqoriya məlum deyil
Taylandın Patayya şəhərində transgenderlər arasında gözəllik müsabiqəsi keçirilib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, "Miss International Queen 2018” adlanan yarışmaya dünyanın müxtəlif ölkələrindən 27 nəfər qatılıb.
Birinci yeri vyetnamlı Nquen Xyon Çjyan, ikinci yeri Avstraliyadan Jaklin, üçüncü yeri isə taylandlı Rinrada Tarapan tutub.
Qeyd edək ki, kurort şəhəri olan Patayyada cinsi azlıqların yarışması ənənəvi olaraq hər il keçirilir.















