Din xadimlərini əsəbləşdirən qadın hərbçilər - FOTOLAR
İsraildə qadınların orduda xidmət etməsilə bağlı fikir ayrılığı yaranıb.
Sfera.az İsrail mətbutına istinadən xəbər verir ki, dini xadimlərin çoxu bu praktikanın əleyhinədir. Onların fikirinə görə, qadınlar dini inanclı gənc kişilərin xidmət motivasiyasını əlindən alır.
Hətta baş ravvin Çvat Şmuel "ÇAXAL" ordusunun baş qərargah generalını feminist ideyalarına qulluq etməkdə suçlayıb. İsraildə qadınlar xidmət keçməyə borcludur. Qadınların xidmət müddəti kişilərə nisbətən qısadır - cəmi 2 il. Kişilərdə bu rəqəm 2 il 8 aydır.
Onlar əsasən qeyri-döyüş hərbi hissələrdə xidmət keçir.
Əgər dini inancı yol vermirsə, yaxud hamilədirsə, xidmətdən azad oluna bilər. İsrailli qızların üçdə biri bundan yararlanır.
Qızlar orduya məktəbi qurtaran kimi çağırılır, əsasən də 18-19 yaşlarında. Döyüş hissələrində xidmət isə daha uzundur - 32 ay.
Zabitlər kursuna yazılan qızlar 8 ay təlim keçir. Bu təlimlər çox ağırdır - həm fiziki, həm psixoloji baxımdan.
Çoxlarının fikrincə qadınlar kişilərdən daha yaxşı komandirlik edir.
İşə götürərkən İsraildə insanın orduda necə xidmət keçməsilə maraqlanırlar. Əgər yaxşı xidmət keçibsə, cabab müsbət olur.
Qadın hərbçilər sosial şəbəkələrdə də çox izlənir. Məsələn, "Instagram”da 22 yaşlı Kim Mellbovskinin gah bikinidə, gah dar hərbi formada olan şəkilləri ən azı 20 min "like" yığır.
Hərbçilərlə din xadimlərinin fikir ayrılığı isə güclənir. Bununla belə hökumət orduda qadınların xidmətindən imtina etmək niyyətində deyil.
İlqar









