Logo

Öz gözünü çıxardı - Allahın yolunda

Öz gözünü çıxardı - Allahın yolunda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Cənubi Korolina ştatında 20 yaşlı tələbə qız ağlasığmaz hərəkət edib.

Sfera.az "Mirror” nəşrinə istinadən xəbər verir ki, Keyli Mutxard kilsə yaxınlığında öz gözünü çıxarıb.

Hadisə görənləri dəhşətə gətirib. Kilsədə ibadət edənlər qəfildən qışqırtı eşidiblər. Onlar bayıra çıxdıqda donub qalıblar. Keşiş deyir ki, çöldə qışqıran qızın gözü ovcunda idi. Təcili yadım onu tez bir zamanda xəstəxanaya çatdırsa da gözünü xilas edə bilmirlər.

Məlum olur ki, qız hadisə vaxtı narkotik vasitə olan anfetaminin təsiri altda olub. Keyli həmin an tanrıya yaxın olduğunu sanıbmış:

"Kilsəyə yaxınlaşanda mənə elə gəldi ki, tanrı məni izləyir. İnsanlığı xilas etmək üçün qurban verməli idim. Əlimlə gözümü çıxardım. Nə ağrı hiss edirdim, nə axan qanı görürdüm”.

Hazırda Mutxard müalicə alır. Hazırda o bütün narkotik vasitələrdən imtina edib.

İlqar

Öz gözünü çıxardı - Allahın yolunda

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR