Logo

Xəstə qaldı qıraqda, sağlam adamın beynini əməliyyat etdilər

Xəstə qaldı qıraqda, sağlam adamın beynini əməliyyat etdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Keniya xəstəxanasında xəstə əvəzinə səhvən başqasının üstündə beyin əməliyyatı aparılıb.

Sfera.az "BBC News”-ə istinadən xəbər verir ki, adi bir problemlə xəstəxanaya gələn adamı əməliyyat xərəyinə uzadıblar.

Onu beynində tromp olan xəstə ilə səhv salıblar. Bir neçə saat çəkən əməliyyatdan sonra məlum tromp aşkarlanmayıb.

Bundan sonra cərrahlar səhv etdiklərini anlayıblar.

Hazırda əməliyyat olan şəxs sağalır. Beynində tromb olan xəstə də yaxşılaşıb. Ola bilsin heç cərrahi əməliyyata ehtiyacı olmasın.

İnsidentdən sonra anestezioloq, cərrah və iki tibb bacısı işdən müvəqqəti kənarlaşdırılıb.

Həmkarlar ittifaqı həkimlərin müdafiəsinə qalxaraq personal qıtlığının hadisəyə səbəb olduğunu bildirib.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR