Qiyamət baş verərsə, bu QAPI AÇILACAQ - FOTO
Sfera.az bildirir ki, bu barədə "THE Verge internet” saytı xəbər yayıb. Məlumata görə, hökumət səlahiyyətliləri ehtimal edilən qiyamət ssenarisinə hazırlıq çərçivəsində Yer kürəsindəki kənd təsərrüfatı məhsullarını qorumağı hədəfləyən anbarın infrastrukturun genişləndirilməsi üçün 100 milyon Norveç kronunun (12,7 milyon dollar) xərclənəcəyini açıqlayıblar.
Adada bir qayanın içində tikilən anbarda bir xidmət binası əlavə ediləcək. Həmçinin anbarın girişindəki tunel yenilənəcək.
Svalbardda toplanılan toxum nümunələri ilk dəfə 2015-ci ildə Suriyanın Hələb vilayətində regional toxum anbarının zərər görməsindən sonra Mərakeş və Livanda iki yeni regional toxum anbarının qurulması üçün istifadə edilmişdi. Anbardakı toxumlardan yetişdirilən məhsullardan alınan yeni toxumlar 2017-ci ildə anbarın ehtiyatına əlavə olunub.
Anbarda dünyadakı bütün toxum növlərinin toplanması planlaşdırılır. Onlardan Yer kürəsində fəlakətlərin baş verəcəyi və kənd təsərrüfatı məhsulları məhv olacağı halda, bu sahənin canlandırılması üçün istifadə ediləcək. Anbarda hazırda dünyanın müxtəlif ölkələrində yetişdirilən kənd təsərrüfatı məhsullarına aid 890 min toxum var. Amma anbarın 4,5 milyon toxum saxlama qabiliyyəti var.(big.az)









