Məzardan tapılan boyunbağı dəhşətə gətirdi - FOTO
Kateqoriya məlum deyil
Qahirənin şərqindəki Minya şəhəri yaxınlığında bir neçə məzar kəşf edilib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, məzarlığın miladdan öncə 300-cü illərə aid olduğu təxmin olunur.
Məzarlıqdan 40 heykəl, zinyət əşyaları, qızıl maska və çömçə tapılıb.
Maraqlısı odur ki, həmin bölgədə qazıntı işləri zamanı yeni ildən öncə üzərində heroqliflə "xoşbəxt illər" yazılmış bir boyunbağı tapılıb. Arxeloji qazıntılar aparan qrupun rəhbəri bu hadisəni belə şərh edib:
"Bu, bizə o biri dünyadan göndərilmiş bir mesaj idi".
Məzarların bir çoxunun Qədim Misirdə müdriklik tanrısı Totun kahinlərinə aid olduğunu bildirilir.
Qeyd edək ki, qazıntı işlərinin təxminən 5 il çəkəcəyi deyilir.






