Azərbaycanda bir evin qiymətinə “şuba” satılır
"Elmlər Akademiyası” metrostansiyasının qarşısındakı elan diqqətimizi çəkdi.
Sfera.az xəz dərilərin qiyməti ilə bağlı məlumat almaq üçün "Geyilmiş şubaların alışı və satışı” elan lövhəsində yazılmış nömrə ilə əlaqə saxlayıb.
Zəng etdiyimiz şəxs "şuba”ların birinci əl olduğunu dedi. Gördüyü iş və gəlirləri haqda da danışan makler bildirdi ki, 2 işlənmiş "şuba”nı alıb fabrikə verməklə yeni bir xəz əldə edir. Daha sonra həmin xəzi münasib qiymətə bazara çıxardığını deyən həmsöhbətimiz bu yolla kifayət qədər pul qazandığını etiraf edib:
"Bunların qiyməti 2-50 min arasında dəyişilir. İşlənmiş xəzləri isə 200-1000 manata alıram. Yalnız təmiz xəz alıram. İkinci əl xəzlər üçün 1000-dən artıq pul vermirəm”.
2 ildir ki, bu işlə məşğul olduğunu deyən şəxs bazarda rəqiblərinin də çox olduğunu söyləyib.
Görünür, bu gün Azərbaycanda pul qazanmaq üçün alternativ biznes sahələrindən biri də xəz dəridir. Belə halda isə, bizə yalnız, bazar olsun, demək qalır.
Aydan Lətifova







