ABŞ 4 aydır bu sirri aça bilmir
Kateqoriya məlum deyil
ABŞ-ın Kaliforniya və Oreqon ştatlarında müşahidə olunan naməlum uçan cisim hələ də müamma olaraq qalır.
Sfera.az bildirir ki, "The War Zone" saytının yazdığına görə, həmin cisim yadplanetlilərə məxsus olub.
Xatırladaq ki, 2017-ci ilin 25 oktyabrında əvvəlcə Kaliforniya səmalarında, daha sonra da Oreqonda naməlum uçan cisim görünüb. Radarda görünən cismlə əlaqə qurmaq mümkün olmayıb.
Buna görə də, ABŞ Hava Qüvvələrinə məxsus "F-15"lər havaya qalxaraq, cismi tapmağa çalışıblar. Ancaq onlar heç bir nəticə əldə edə bilməyiblər.







