Logo

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzi adamlar iddia edirlər ki, ev heyvanları gözəgörünməz varlıqları görürlər və bəzən onların özlərini qəribə aparmalarının səbəbi budur. Əslində isə məsələ heyvanların görmə qabiliyyətinin insandan seçilməsi ilə əlaqədardır. İtin göyə və ya divardakı şəklə baxıb ulaması sizə qəribə gəlməsin.

Onun gözləri insan gözünün tuta bilmədiyi kiçik işıq dalğalarını tutduğuna görə, itiniz bu an  sizin baxdığınız deyil, tamamilə fərqli bir mənzərəyə baxmış ola bilər. İt və pişiklərin gözlərinin ultrabənövşəyi dalğaları qəbul etməsi onları xüsusis qabiliyyət sahiblərinə çevirir.

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!
Wikimedia

Məsələn insanın kürəyinə çəkilmiş qoruyucu kremi insan gözü ultrabənövşəyi işıq fonunda görə  bilər. İndi krem çəkmiş insanları bir də itlərin gözü ilə görməyi düşünün. Çox maraqlı  rənglər alınardı.

İtlər uzaqdakı digər itlərlə əlaqə saxlaya, onlar barəsində məlumat əldə edə bilirlər. Təbii ki, mobil telefonlarla deyil, öz sidikləri vasitəsi ilə. Bir itin  başqa bir itin haqqında tam informasiya ala bilməsi üçün onun sidiyini  hiss etmək yetir.

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!
eastnews

Bəziləri itlərin musiqi səslərinə reaksiyalarını və ya rəsm əsərlərinə diqqətlə baxdıqlarını görəndə onların incəsənət üzrə mütəxəssis olduğunu düşünməyin Onun eşitmə və görmə qabiliyyəti insanın duyğu orqanlarının qəbul etməkdə aciz olduğu səsləri və rəsmləri hiss etməyə imkan yaradır. Məsələn, itlər rəssamın kətan üzərində üst -üstə çəkilmiş əsərlərinin hamsını yəni alt qatları da görə bilirlər. İnsan gözü isə bunu yalnız rentgen şüaları ilə görə bilir. Yəni 4 ayaqlı dostunuzla eyni şəkilə baxdığınızı düşünsəniz də siz fərqli fərqli mənzərələrə baxırsınız.

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!

Ultrabənövşəyi şüaların qəbulu baxışlarda sonsuz gözəllik yarada bilər. Məsələn itlərin gözündə adi çobanyastığı çiçəyi kosmik bitki kimi görünə bilər. Ultrabənövşəyi işıqlandırmada  fotorəsmlər çəkən Kreyq Berrozun əsərlərinə baxaraq siz ultrabənövşəyi işıqlandırmanın nə demək olduğunu anlaya bilərsiniz. O cümlədən itlər saxta pulları da fərqli rəngdə görürlər.

Bəzən heyvanların hansısa ərzaq və içki məhsuluna qarşı qəribə   davranışını görürsüz. Təəccüblənməyin . Məsələ bundadır ki, bəzi maddələr də bizim adi gözlə fərqində olmadığımız işıqı dalğaları buraxırlar. Məhz itlər bu işıqlanmanı gördükləri üçün reaksiya göstərirlər. Dişlərinizi çalışın itlərin yanında fırçalamayın. Dişlərini qıcyırsa demək diş məcununun  saçdığı işıq dalğaları onu narahat etməkdədir.

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!

İtlər ulduzlu səmanı, uzaq ulduzları bizdən daha yaxşı göüqrlər. Alimlər iddia edirlər ki, itlər maqnit sahəsini nəinki hiss edir, hətta görürlər.

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!

Məhz bunun nəticəsində itlər  itərkən evin yolunu asanlıqla tapa bilərlər. Hər bir insanın ətrafında da onun özünə məxsus, onu əhatə edən maqnit sahəsi vardır. Biz xəstələnəndə məhz ətrafımızdakı enerji qoruyucumuz zədələnir . İtlər və pişiklər bu zədələnmiş sahəni rahatlıqla görürlər.Ona görə də itlər və pişiklər sahibinin hansı orqanı ağrıyırsa, bədəninin hansı hissəsində ağrı varsa orda oturmağı, ora sürtünməyi sevirlər və bununla yardım etməyə çalışırlar.

İtlər bizim görə bilmədiklərimizi görürlər: Alimlər səbəbini açıqladılar!

Bizim Yol

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR