2030-dan gəldiyini iddia edən gənc yalan detektorundan keçdi – VİDEO
Noahın bildirdiyinə görə, 2020-də Donald Tramp yenidən prezident seçiləcək. Bitcoin isə getdikcə aktivliyini artıracaq, daha çox istifadə olunacaq və qiyməti yüksələcək. Oğlanın gələcəkdən gətirdiyi özəl xəbərlərdən biri də budur ki, 2021-ci ildə süni intellekt insanların həyatında daha böyük yer tutmağa başlayacaq, sürəti saatda 900 kilometr saat təşkil edən elektromobillərdən istifadə genişlənəcək. Onun ən iddialı açıqlaması isə belədir ki, insan oğlu 2028-ci ildə Marsda məskunlaşacaq. Və ən nəhayət 2030-cu ildə insan oğlu zamanda yolçuluğun kəşf edildiyi barədə ictimai açıqlama verəcək.
Noah barəsində verilən daha bir qəribə xəbər budur ki, əslində 25 yaşında görünməsiunə baxmayaraq o, 50 yaşında olduğunu iddia edir. Noah gənc görünüşünün sirrinin zaman yolçuluğu ilə bağlı olduğunu söyləyib. Söylədiklərinin yalan olmadığını isbatlamaq istəyən Noah yalan detektorundan keçib və dedektor onun yalan söyləmədiyini təsdiqləyib. (Bizim Yol)






