Tualetdəki kəskin qoxuları yox edən UCUZ ÜSUL
Biz bu yazıda oxucuları tualet təmizləməyin və bütün pis qoxuları aradan qaldırmağın ən sadə üsulu ilə tanış etmişik. Bunun üçün sizə bahalı təmizlik ləvazimatları, sərt kimyəvi yuyucu məhsullar lazım olmayacaq. Əvəzində bir neçə məhsul sayəsində bütün qoxuları neytrallaşdıran və bakteriyaları məhv edən sınanmış ev təmizləyicisi hazırlaya bilərsiniz.
Təmizləyicini hazırlamaq üçün ləvazimatlar:
60 ml. limon şirəsi
160 qram qida sodası
1/2 xörək qaşığı sirkə
1 xörək qaşığı 3% hidrogen peroksid
15-20 damcı ətirli yağ
Hazırlanması:
İlk növbədə qida sodası və limonu kiçik kasada, sirkə ilə hidrogen peroksidi isə başqa qabda qarışdırın. Sonra onları tədricən birləşdirin. Alınan qarışığa bir az ətirli yağ əlavə edin ki, qoxunu yaxşılaşdırsın.
Əldə edilən məhsulu qurutmaq üçün qaşıqla bir neçə yarımdairəvi forma edin və perqament kağızı üzərinə qoyun. Quruması üçün 4 saat kifayətdir. Tualet qoxusunu aradan qaldıran dərmanları şüşə bankada saxlayın və lazım olduqca istifadə edin. (publika.az)






