Qazaxıstanlı özünü qıza oxşadaraq gözəllik müsabiqəsində finaladək irəliləyib
22 yaşlı gənc qadın obrazında Arina Əliyeva adı ilə müsabiqə üçün şəkillər dərc edib.
Sonda onun şəkilləri qazaxıstanlıların çoxunun "xoşuna gəlib" və Daqilev müsabiqədə finala qədər irəliləyə bilib. Sonralar gənc öz motivləri barədə danışıb.
"Mən və dostlarım arasında gözəllik haqqında mübahisə yarandı. Və bu müsabiqədə iştirak etmək qərarına gəldim. Mən özüm həmişə təbii gözəlliyi dəstəkləmişəm. İndi, özünüz görürsünüz ki, bir çox qızlar hamısı oxşar, eyni tərzdə geyinirlər və belədə hesab edirlər ki, onlar gözəldir. Mən belə hesab etmirəm", - deyə Daqilev bildirib.
"Mən qazaxıstanlıların reaksiyasından yaxşı mənada təəccübləndim və çoxları bu addımımı dəstəklədi. Mən qız paltarı geyərək insanları aldatmaq deyil, cəmiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, eyni standart vacib deyil, hər bir insan fərdi və təbii olmalıdır", - deyə İlay Daqilev vurğulayıb.
Yusif Məmmədli
sfera.az






