Logo

Amerikalı lotoreyada bir milyon uddu, öyrəndi ki, xərçəng xəstəsidir

Amerikalı lotoreyada bir milyon uddu, öyrəndi ki, xərçəng xəstəsidir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Lotoreyada milyon dollar udan Nyu-York sakini Donald Sаvаsтаnо tezliklə xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu barədə Nyu-York Post yazır.

Anasının sözlərinə görə uzun müddətdir belindəki ağrılardan şikayətlənən oğlu həkimə getmək üçün pul yığırmış. Bir dəfə o, iki lotoreya aldı və bir milyon dollar qazandı.

Pulu alandan sonra nəhayət həkimə üz tutan Savastanoya qəbulda xərçəng xəstəliyinin dördüncü mərhələsində olduğu bildirilib. Həkimlər Sаvаsтаnоya bir neçə həftə vaxt veriblər.

"Çox gec idi. O, çox xəstə idi", - deyə anası bildirib.

Bir neçə gün sonra Donald Sevastano dünyasını dəyişib.

Yusif Məmmədli

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR