Xəritədə qartalın dimdiyi kimi tanınan yer - Şah dili - FOTO
Kateqoriya məlum deyil
Qeyd edək ki, Şah Dili adlandırılan ərazi Abşeron yarımadasının uzaq cənub şərq qurtaracağında yerləşir. Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir.

Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi, əsasən, qumsaldır. Dəniz səviyyəsindən elə də hündür deyildir.
Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı ərazisinə daxildir.
milli.az






