Güllələndi, baltalandı, üzərindən traktor keçdi, sağ qaldı
İş materiallarına görə, müttəhim öz dostları ilə birgə spirtli içkinin təsiri altında başqasının həyətindən metal tullantıları oğurlamağa çalışıb.
Gözlənilmədən üzərində olan pnevmatik tapança ilə tanışının baş nahiyəsindən bir neçə dəfə atəş açıb. Zərərçəkən qaçmağa çalışsa da, tapança ilə silahlanmış tanışı ona çatıb, yerə yıxıb və daha bir neçə dəfə atəş açıb.
Sonradan müttəhim traktora minib və ağır texnika ilə zərərçəkənin üzərində iki dəfə keçib. Onun öldüyünü hesab edərək, bədənini kəndirlə dolayıb və batırmaq üçün yaxınlıqdakı bataqlığa qədər sürüyüb. Ancaq traktor bataqlıqda batdığından, müttəhim əlinə balta alaraq, zərərçəkənin baş nayihəsindən zərbə endirib və ərazini tərk edib.
Çoxsaylı xəsarətlər almasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilib. Cinayət işi üzrə proses fevralın 5-də davam edəcək, iclasda şahidlər ifadə verəcək.
oxu.az






