1000 dollarla hansı biznesi qurmaq olar?
1000 dollara qədər kiçik vəsaitlə biznes qurmaq üçün ideyalar:
1. Audio-kitablar yaradın!
Day.Az fins.az-a istinadən bildirir ki, belə kitablar vaxta qənaət baxımından çox faydalı və arzuolunandır. Ölkəmizə bu sahəyə maraq bir qədər yeni yaranıb deyə, sektoru inkşaf etdirən məhz siz ola bilərsiniz. Xüsusilə onlayn mənbə yaratmaq daha sərfəlidir. İşlərininz uğurla getdikdən sonra, artıq audio dinləməni oxuculara ödənişli əsaslarla təklif edə bilərsiniz.
2. Özünüz istehsal edin, özünüz satın!
Evinizdə yaxşı bacardığınız nəyisə həm hazırlaya, həm də sata bilərsiniz. Xanımlar, əgər şirniyyat bişirməkdə, əl işlərində bacarqlısınızsa bunu biznesə çevirin. Bu, kişilər üçün də keçərlidir.
3. Fotoqraf olmağı sınayın
Yaxşı bir fotoaparat və xəyal gücünüz sizə kömək edəcək. Daha sonra isə sizə lisenziya, rəsmi veb sayt və komputer lazım olacaq. İnsanlar xoş günlərini fotolarda əbədiləşdirməyi sevir. Fotoqraflar sizə ölkəmizdə heç də pis qazanmır.(day.az)






