Logo

Ata 3 yaşlı qızını girov götürdü: Anbaan Video

Ata 3 yaşlı qızını girov götürdü: Anbaan Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Qaziantep şəhərində həyat yoldaşından ayrılan şəxs 3 yaşlı qızını girov götürüb. Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Gümüştəkin məhəlləsindəki 3 mərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 40 yaşlı M.Z.B. qızı Sevdanı girov götürərək bəzi əşyaları evdən çölə töküb. Qonşular hadisə barədə polisə məlumat verib. Əraziyə polis və təcili tibbi yardım maşını cəlb olunub. Evi yandırmaq istəyən şəxs polis qüvvələrinin saat yarımlıq söhbətindən sonra fikrindən daşınıb. Həmin şəxsin bir ay əvvəl həyat yoldaşı Ö.B. ilə mübahisə etdiyi və ayrı yaşadıqları bəlli olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR