Hitlerin sağ qalması barədə MKİ-nin arxivində məlumat aşkarlanıb
ABŞ Mərkəzi kəşfiyyat idarəsinin (MKİ) məxfilikdən çıxarılmış sənədləri arasında Adolf Hitlerin sağ qalaraq Cənubi Amerikaya qaçması barədə məlumat üzə çıxıb. 1955-ci ildə Amerika kəşfiyyat idarəsinə çatdırılmış bu məlumatı Sputnik Brasil agentliyi MKİ-nin saytına istinadən yayıb.
Agent bu barədə tabeliyində olan şəxsdən öyrənib. O bildirib ki, sabiq esesçi Filipp Ситроен guya müharibədən sonra Hitlerlə görüşüb. "Ситроен, Hollandiya Krallığı gəmiçilik şirkətinin əməkdaşı olaraq iddia edib ki, təxminən ayda bir dəfə Marakaybodan (Venesuelada şəhər) Kolumbiyaya ezamiyyət zamanı fürer ilə əlaqə saxlayıb" - deyə məlumatda bildirilir.
Sitroen öz sözlərini təsdiq etmək üçün məktuba Kolumbiyanın Tunxa şəhərində Hitler ilə çəkdirmiş oıduğu şəklin surətini də əlavə edib. Sitroenin sözlərinə görə, Hitler bir il sonra Argentinaya köçüb. AKİ məlumatın doğru olub-olmadığını aydınlaşdıra bilməyib.
Rəsmi məlumatlara görə, Hitler Sovet ordusunun Berlinə hücumu zamanı intihar edib. Sovet əsgərləri reyxkanslerin cəsədinin qalıqlarını tapıblar. Sonra isə Hitleri müalicə edən həkimlər cəsədi tanıyıb.
Oktyabrın 26-da, cümə axşam ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin arxivində üç min sənəd məxfilikdən çıxarılıb. Sərbəst çıxış mümkün olan arxivdə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədlər də var.






