İŞİD Britaniya kraliçasını hədələyib
Kateqoriya məlum deyil
İŞİD terror qruplaşmasının üzvləri "telegram" messencerində Böyük Britaniya kraliçası II Yelizavetanın nəticəsinə qarşı sui-qəsdi müzakirə ediblər, Оxu.Az "Mirror"-a istinadən xəbər verir.
Nəşrin xəbərinə görə, İŞİD terrorçularının arasındakı yazışmalardan birində şahzadə Corcun ünvanına təhdidlər aşkar edilib.
İnformasiyaya əsasən, terrorçular Britaniya kraliçasının nəticəsini Londonda, məktəbdə öldürməklə hədələyiblər.






