Logo

İndi də "Dünyanın ən gözəl cinayətkarı" peyda oldu - fotolar

İndi də "Dünyanın ən gözəl cinayətkarı" peyda oldu - fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünyanın ən gözəl cinayətkarı” adına daha bir nəfər əlavə olunub.

Axşam.az xarici KİV-ə istinadən məlumatına görə, söhbət 20 yaşlı Mirella Ponsdan gedir.

Qanunsuz silah daşımaya görə həbs olunan Mirellanın şəkilləri Fresno şəhər Baş Polis İdarəsinin Feysbuk səhifəsində yerləşdirildikdən sonra ona müsbət şərhlər gəlməyə başlayıb.

İzləyicilərdən çoxu Ponsun fotosunun altına "Onun yeganə günahı mənim qəlbimi oğurlamasıdır” kimi şərhlər yazıblar. 

Hətta istifadəçilərin çoxu Mirellanın azadlığa çıxmağı üçün məhkəmənin şərt qoyduğu 50 min dollar məbləğindəki girov pulunu yığmağa da hazırlaşır.

Qeyd edək ki, Ponsdan əvvəl Ceremi Miks "ən yaraşıqlı cinayətkar" kimi tanınıb. O, 2015-ci ildə qeyri-qanuni yolla silah daşımaq cinayətindən 27 aylıq həbs həyatı yaşayıb. Hazırda azadlıqda olan Ceremi model kimi fəaliyyət göstərir.

İndi də "Dünyanın ən gözəl cinayətkarı" peyda oldu - fotolar

İndi də "Dünyanın ən gözəl cinayətkarı" peyda oldu - fotolar

İndi də "Dünyanın ən gözəl cinayətkarı" peyda oldu - fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR