Logo

Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin SİYAHISI AÇIQLANDI

Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin SİYAHISI AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ""Zaryadka” – "yükləmə”, "adapter” – "yükləyici”, "embarqo” – "qadağa”, "evakuasiya” – "köçürülmə”, "proqnoz” – "öncəgörmə”, "konsensus” – "yekdillik”, "kserokopiya” – "üzçıxarma”, "like” – "bəyənmə”, "mesaj” – "ismarıc” kimi təsdiqlənib”.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter "mouse”-nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR