Məşhur futbolçu bu ölkənin prezidenti seçilib
Kateqoriya məlum deyil
Məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.
İkinci dəfə prezidentliyə namizədliyini irəli sürən 51 yaşlı futbolçu seçkidə Liberiyanın vitse-prezidenti Cozef Bokayaya qalib gəlib.
Qeyd edək ki, 2005-ci ildəki seçkidə Vea o zamankı prezident Elen Conson Selifə məğlub olmuşdu. O, həmin seçkidə 40% səs toplamağı bacarmışdı.
Vea PSJ, "Milan”, "Çelsi” və "Mançester Siti” kimi futbol klublarında oynayıb. O, 1995-ci ildə "Qızıl top” mükafatının sahibi olub.
Sfera.az






