Logo

Azərbaycanı tərk etməyə QADAĞA: 5 manata görə də sizi ölkədən buraxmaya bilərlər - TƏFƏRRÜAT

Azərbaycanı tərk etməyə QADAĞA: 5 manata görə də sizi ölkədən buraxmaya bilərlər - TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Şəxs başqa bir fiziki şəxsə borclu olarsa, qarşı tərəf onu məhkəməyə verə bilər. Bu zaman məhkəmə prosesi araşdırır. Şəxsin səbəbsiz yerə borcu qaytarmaqdan imtina etdiyi bəlli olarsa, məhkəmə qərar çıxarır. Belə olan halda məhkəmə icra məmurunun göstərişinə əsasən şəxsin ölkədən çıxışına qadağa, yəni "stop” qoyur”. 

Bu sözləri  açıqlamasında hüquqşünas Asif Abdullayev deyib.

Onun sözlərinə görə, yalnız məhkəmə qərarı olarsa, şəxsin ölkədən çıxışı məhdudlaşdırılır:

"Məhkəmə qərarının icra edilməməsi ölkədən çıxışa qadağa qoyulmasına səbəb ola bilər. Mobil operatora borclu olduqda belə zərərçəkmiş şəxsi məhkəməyə verir. İcra məmuru şəxsə 10 gün vaxt verir, bu müddətdə borc ödənilmədikdə, hüquqi şəxs borclunun ölkədən çıxışına qadağa qoyulması barədə məhkəməyə təqdimat verir. Məhkəmə borclunu dəvət etməklə prosesi davam etdirir. Yəni, bəzən çox kiçik məbləğlər də şəxsin ölkədən çıxmasına mane ola bilir. İcra məmurunun təqdimatı əsassız hesab edilərsə, şəxsə möhlət verilir”.

Belə çıxır ki, hətta 5 manat kimi kiçik məbləğə görə də ölkədən çıxış mümkün olmaya bilər.

Hüquqşünas bildirib ki, əgər işin icra prosesi məhkəmə qərarı ilə 6 aya və ya bəlli müddətədək təxirə salınarsa, bu zaman şəxsin ölkəni tərk etmək imkanı var:

"Məhkəmə prosesi zamanı şəxsin həqiqətən də bəlli səbəblərdən dolayı borcu ödəyə bilməməsi aşkarlanarsa, məhkəmə icranın təxirə salınması haqda qərar verir. Məhkəmə özü qərar verir ki, şəxs bir müddət sonra borcunu ödəsin. Bu müddətdə isə şəxsin ölkəni tərk etmək hüququ var”.

Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Məmmədov açıqlamasında qeyd edib ki, şəxsə dəfələrlə vergi borcunun ödənilməsi ilə əlaqədar müraciət edilərsə, heç bir tədbir görülməzsə, məhkəmə qərarı ilə ölkədən çıxışa "stop” qoyula bilər:

"Vergi borcu yaranarsa, borc uzun müddət ödənilməzsə, bu şəxslərin ölkədən çıxışına "stop” qoyula bilər. Vergilər Nazirliyi 2016-cı ilin yanvarın 1-dən etibarən  qanunvericiliyin bu tələbini rəhbər tutulur. Şəxs vergi orqanlarının çağırışlarına məhəl qoymursa, öhdəliklərini yerinə yetirmirsə, bu zaman ölkədən çıxışa qadağa qoyula bilər. Əlbəttə ki, şəxsin ölkədən çıxışına məhkəmə orqanlarının qərarı əsasında "stop” qoyulur, vergi borcu ödənildikdən sonra "stop” götürülür. Cebhe.info

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR