Logo

55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO

55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Endi Sendness hələ 21 yaşında ikən intihara təşəbbüs edir. Odlu silahdan özünə atəş açır. Taleyin hökmü ilə gənc oğlan həyatda qalır. Lakin çənə sümüyündən eləcədə də burun və ağzından məhrum olur.

Publika.az xəbər verir ki, həkimlərin 8 cərrahi və plastik müdaxiləsi nəticəsində Endi eybəcər siması ilə düz 10 il barışıb yaşamalı olur. Öz dərisi çox nazildiyinə baxmayaraq, mütəxəssislər Endiyə rahat nəfəs alıb, qidalanmaq imkanı da yaradırlar. Çənə sümüyü tamamilə olmadığından o, bəzən protez çənə də taxırdı.

55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO

Nəhayət, 2012-ci ildə Endiyə həyatını kökündən dəyişəcək yeni üz köçürülməsi əməliyyatı təklif olunur. Lakin uyğun donor axtarışı ilə əməliyyatın zamanı 2016-cı ilədək uzanır. Onun yeni simasının üzərində 60-dan çox cərrah 55 saat ərzində əmək sərf edirlər.

55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO

6 ay sonra isə Endinin yeni üzündə kənarlara doğru dartılma proseduru reallaşır.

Endi etiraf edir ki, indi həyatından olduqca məmnundur və heç bir problem intihara cəhd üçün bəhanə deyil.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR