Logo

11 il öncə 21 yaşlı qızla birgə itmiş oğlan tapıldı - Volqa çayının dibindən

11 il öncə 21 yaşlı qızla birgə itmiş oğlan tapıldı - Volqa çayının dibindən
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çuvaşıstanın paytaxtı Çeboksarıda mütəxəssislər 11 il öncə sahibləri ilə birgə Volqa çayına qərq olmuş avtomobili çıxardılar.

Rus versiyası bu haqda "Proqorod” portalına istinadla xəbər verir.

11 il öncə 21 yaşlı qızla birgə itmiş oğlan tapıldı - Volqa çayının dibindənMaşında boğulmuş adamlar həmin müddət ərzində itkin düşmüş sayılıblar. DİN-in region üzrə mətbuat xidmətindən verilən məlumata görə, avtomobilin sahibinin şəxsiyyəti dərhal müəyyən edilib. Bu, 2006-cı il dekabrın 7-də 21 yaşlı qızla birgə itkin düşmüş 25 yaşlı oğlandır. Avtomobili iyulun 25-də həvəskar dalğıc çayın dibində aşkar edib.

O, dərhal polisə məlumat verib. Elə həmin gün avtomobil Volqanın dibindən çıxarılıb.

11 il öncə 21 yaşlı qızla birgə itmiş oğlan tapıldı - Volqa çayının dibindən

Hazırda müstəntiqlər avtomobilin hansı səbəbdən çaya düşərək cütlüyün ölümünə səbəb olduğunu aydınlaşdırmağa çalışırlar. (moderator.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR