Yalnız gündüzlər işləyən telefon istehsal olunacaq
Kateqoriya məlum deyil
Yaponiyanın "Tone Mobile” şirkəti orta məktəb şagirdləri üçün yalnız gündüzlər işləyən ağıllı telefonlar istehsal edəcək.
"Tone m17” adı verilən telefon gələn aydan etibarən müştərilərin istifadəsinə veriləcək.
12 və daha azyaşlı uşaqlar üçün nəzərdə tutulan və axşam saatlarından səhər saat 06:00-a qədər avtomatik qıfıllana bilən telefon 312 dollara satışa çıxacaq.
Sfera.az






