Logo

Elza Seyidcahan Leyla Əliyevaya şeir yazdı: Dahi Leylam

Elza Seyidcahan Leyla Əliyevaya şeir yazdı: Dahi Leylam
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahan Heydər Əliyev Fondunun bu gün doğum gününü qeyd edən vitse-prezidenti Leyla Əliyevaya şeir həsr edib. 

Sfera.az bilmirir ki, əməkdar artist Moderator.az-a açıqlamasında şeirlə bağlı bunları deyib: "Mən Leyla xanımın yaradıcılığı ilə 2013-14-cü illərdən tanış olmuşam. Onun şeirlərini oxuyanda necə insanpərvər olduğuna, təbiətə, canlılara qarşı məhəbbətinə, dərin düşüncələrinə heyran oldum. Anadan doğulandan heç zaman acı gün yaşamayan bir qızın bütün insanların həyatını, həyatın çətinliklərini, dərinliklərini dərk etməsi, əlbəttə ki, dahilikdən xəbər verirdi. Hətta bu yaxınlarda Leyla Əliyevanın "Kor olmuşam" şeirinə musiqi bəstələyəndə göz yaşlarıma hakim ola bilmədim, şeir məni ağlatdı. Bir daha onun şairliyinə, rəssamlığına, insanpərvərliyinə, sadəliyinə, səmimiliyinə, zəhmətkeş, məsuliyyətli olmasına heyran qaldım. Ona görə istədim ki, qəlbimdən gələn sözləri bu gün Leyla xanım Əliyevanın doğum günündə paylaşım".

Dahi Leylam

Dahi Leylam

Bu dünyadan hali Leylam

İnsanlara yaxın Leylam

İncə, zərif olması ilə

Cəngavərlər sırasında

Taxtı Leylam

Leylasını

Zülfü ənbər arzusunu

Mehribanlı sevdasını

Çünki vardır qəlbində

Heydər baba dühası,

Ruhu təmiz, qələmi səlist

İlhamlıdır həvəsi

Tarixlərə həkk oldu sənəti

Arif olan kəslər

Dərk etsinlər

Mənim dahi Leylamı.

Mənim dahi Leylamı.

Xatırladaq ki, bəstəkar-ifaçı bir müddət öncə Leyla Əliyevanın sözlərinə "İnsanlar" adlı kompazisiya yazmışdı. Həmin kompazisiyanı da təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR