Məhəmməd peyğəmbəri oynayan uşağın fotosu yayıldı
Kateqoriya məlum deyil
İran rejissoru Məcid Məcidinin məşhur "Məhəmməd: Allahın elçisi” filmində İslam peyğəmbərinin 10-12 yaşlarını canlandıran uşağın fotosu yayılıb.
Sfera.az-ın farsdilli saytlara istinadən verdiyi xəbərə görə, Ümid Heydəri adlı bu uşaq əslən azərbaycanlıdır.
Xatıraladaq ki, "Məhəmməd: Allahın elçisi” filmi peyğəmbərin görünüb-görünməməsi mövzusunda xeyli söz-söhbətə səbəb olmuş, bəzi radikal dini qanadlar filmin kinoteatrlarda nümayişinə etiraz etmişdilər.
Buna baxmayaraq film bir sıra ölkələrdə uğurla nümayiş olunmuş, iyunun 6-da Türkiyənin ATV kanalında yayımlanmışdı.






