"Apple" şirkəti yeni məhsullarını təqdim etdi (FOTOLAR)
"Apple" şirkəti təşkil etdiyi konfransda yeni məhsullarını və dəyişiklikləri təqdim edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, tədbirdə şirkət "iOS 11", "watchOS 4", "tvOS 11"lə yanaşı, yeni "Mac" və "iPad"ləri də təqdim edib.
Konfransda təqdim olunan yeniliklər bunlardır:
- "Apple watch"un ekranı artıq daha dinamikdir, saatın üstündə "Toy story" filmindəki obrazlar yer alacaq. "WatchOS 4" proqramı ilə daha da qüsursuz olacaq.
- "Apple"ın musiqi tətbiqetməsi üçün nəzərdə tutulan "WatchOS 4" tətbiqetməsi ilə "EarPods"dan istifadə daha keyfiyyətli olacaq.
- Yeni iMac kompyuterləri yüksək keyfiyyətli "Retina" ekrana sahibdir. 1299 dollara satışa çıxarılacaq kompyuterlər virtual gerçəklik texnologiyasını dəstəkləyəcək.
- iMac Pro dekabr ayında satışa çıxarılacaq. "Ən güclü iMac" adını alan kompyuter 4999 dollara satılacaq.
- iPhone və iPad-lər üçün inkişaf etdirilən "iOS 11" tətbiqetməsi də istifadəçilərə yeniliklər təqdim edəcək. Texnologiyanın əsas xüsusiyyəti istifadəçinin vərdişlərini izləməsi və öyrənməsidir. Şəkillər daha az yer tutacaq və xüsusi "memory" kateqoriyası sayəsində fotolar məzmununa görə qruplaşdırılacaq.
- Apple xəritələr də inkişaf etdirilən növbəti tətbiqetmələrdəndir. Xəritə maşın idarə edərkən sürücülərə daha çox kömək edə biləcək.
- Apple iPad Pro "HDR" videoları dəstəkləyəcək, "Truetone" ekrana sahib olacaq və 30 dəfə daha sürətli işləyəcək. Həmçinin qələm və klaviaturadan da istifadə etmək mümkün olacaq.
Qaynar.az
Sfera.az






















