Üzərinə Ənfal surəsinin 17-ci ayəsi yazılmışdı… O raketlə PKK terrorçuları məhv edildi – Foto
Türkiyə Silahlı Qüvvələrinin yerli silah sistemlərilə təchiz edilən "ATAK” vertolyotu 20 PKK terrorçunu məhv edib.
Sfera.az xəbər verir ki, terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatlar qətiyyətlə davam etdirilir.
Son olaraq, Bitlisdəki Sehi meşələrində keçirilən əməliyyatda 20 PKK-lı terrorçu öldürülüb.
PKK-nın bombaladığı raketlərdə diqqət çəkən bir məqam ortaya çıxıb. Belə ki, Bitlisdə PKK-çıların bombalandığı raketlərin üzərinə Qurani -Kərimin Ənfal surəsinin 17-ci ayəsi yazılıb. Həmin ayədə yazılıb:
"Onları siz öldürmədiniz, Allah onları öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən Allah Eşidəndir, Biləndir.”
Qeyd edək ki, bir neçə gün öncə, terrorçularla savaşda şəhid olmuş Özəl Hərəkat əsgərinin uniformasının qolunda Ənfal surəsinin 17-ci ayəsi yazıldığı məlum olmuşdu.







