Logo

Şəhid polisin yoldaşının qolundakı yazı hamını təəccübləndirdi – FOTO

Şəhid polisin yoldaşının qolundakı yazı hamını təəccübləndirdi – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Şırnak vilayətində PKK terrorçularına qarşı əməliyyatlarda şəhid olmuş polis əməkdaşı Məsud Yılmazın cənazəsi məmləkəti Samsuna gətirilib.

Sfera.az Avropa.info-a istinadən  xəbər verir ki, Yılmazla Şırnakda birlikdə xidmət edən və cənazədə iştirak edən yoldaşlarından birinin qolunda Qurandan bir ayənin ərəbcəsinin və türkcə tərcüməsinin olması hamının diqqətini çəkib.

Hərbçinin qoluna bağladığı parçanın üzərində Ənfal surəsindəki "Onları siz öldürmədiniz, Allah öldürdü” ayəsi yazılı olub.

Xatırladaq ki, dünən Şırnakın Beytüşşəbab rayonunda, Kato dağı bölgəsində PKK terrorçuları ilə polis arasında şiddətli qarşıdurmalar yaşanıb.

Qarşıdurma zamanı Məsud Yılmaz adlı polis aldığı güllə yarası ilə şəhid olub.

Sfera.az

Şəhid polisin yoldaşının qolundakı yazı hamını təəccübləndirdi – FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR