Qubada tapılan ayı balası müxbirə hücum etdi
Kateqoriya məlum deyil
Quba polis şöbəsinin əməkdaşları rayonun dağlıq Qrız Dəhnə kəndi ərazisində yenidən ayı balası tapıblar.
Sfera.az xəbər verir ki, bundan əvvəl də mayın 3-də Qrız Dəhnə kəndinin ərazisində Quba-Xınalıq yolunun kənarında meşə massivində də ayı balası tapmışdılar.
Tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıdakı Altıağac milli parkının Vəhşi Təbiətin Bərpası və realibitasiyası klinikasına göndərilib.
İstiPress-in müxbiri Aytəkin Alxaslı tapılan ayı balasının yanında çəkiliş edərkən heyvan ona hücüm edib.
Sfera.az






