Logo

Həyətinin yanında dəfinə tapdı: 198 milyon alacaq - FOTO

Həyətinin yanında dəfinə tapdı: 198 milyon alacaq - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Derek MakLennan Britaniyada vikinqlər dönəminə aid ən qiymətli, ən böyük xəzinəni tapıb.

Sfera.az The Sun-a istinadən bildirir ki, Britaniya Tarix Muzeyi dəfinəni satın almağa qərar verib. Bu məqsədlə MakLennana 1,08 milyon funt-sterlinq ödənəcək.

Qərbi Şotlandiyada yaşayan Derekin dediyinə görə, metal detektoru alandan sonra onu sınamaq qərarına gəlib.

"Fermanın kənarındakı təpəliyə yollanıb yeni aldığım metal detektorunu yoxlamaq qərarına gəldim. Detekoru torpağa yaxınlaşdıranda səs eşitdim. Bir az qalxdım və küp gördüm. Sonrası isə məlumdur: küpdə dəfinə vardı", - MakLennan deyib.

Derekin tapdığı dəfinə 100 əşyadan ibarətdir. Həmin artefaktlar indi Şotlandiyanın Milli Muzeyindədir. Lakin əşyaların eksponat qismində nümayiş olunması üçün Derek MakLennanın icazəsi gərəkdir. Üstəlik, Derekə 1,98 milyon funt-sterlinq ödənməlidir.

Muzey ödənişi reallaşdırmaq üçün pul toplamağa başlayıb.

Milli.Az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR