Logo

Amerikalı ovçu 78 yumurtası olan pitonu əli ilə tutaraq öldürüb- VİDEO - FOTOLAR

Amerikalı ovçu 78 yumurtası olan pitonu əli ilə tutaraq öldürüb- VİDEO - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı ovçu Dasti Kram səhləb çiçəyinin becərilməsi və satışı ilə pul qazanır, boş vaxtlarında isə pitonların ovu ilə məşğul olur.

Amerikalı ovçu 78 yumurtası olan pitonu əli ilə tutaraq öldürüb- VİDEO - FOTOLAR

SalamNews-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, növbəti dəfəyerli su resursları departamentinin rəhbərliyi ona ilan tutmaq sifarişi ilə müraciət edib.

D.Kram təhlükəli işinə görə 375 dollar alıb, o, öldürdüyü ilanın dərisinin satışından da bir o qədər pul qazanıb.

Amerikalı ovçu 78 yumurtası olan pitonu əli ilə tutaraq öldürüb- VİDEO - FOTOLAR

Ovçunun tutduğu ilan Cənubi Floridada tutulmuş ən böyük pitondur. Onun uzunluğu 5,5 metr, çəkisi isə 59 kq-dir.

Amerikalı ovçu 78 yumurtası olan pitonu əli ilə tutaraq öldürüb- VİDEO - FOTOLAR

Ovçu ilanın qarnından 78 yumurta çıxarıb. Yeni ilanların dünyaya gəlməməsi üçün onlar məhv edilib.

Ekspertlər hesab edirlər ki, Cənubi Floridada 30 mindən 300 minə qədər piton yaşayır və onlar yerli ekosistemə böyük zərər vururlar. Buna baxmayaraq pitonların sayı artmaqda davam edir.

Pitonlar çoxlu heyvanları - yenot, dovşan, quş, hətta timsahları məhv edirlər. Orta hesabla dişi piton ildə 20-50 yumurta qoyur. Bu ilanlar 20 ilə qədər yaşayırlar.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR