14 yaşlı qız selfi çəkərkən öldü - FOTO
Kateqoriya məlum deyil
Amerikanın Oregon ştatının Eugene şəhərinin sakini 14 yaşlı Aurora Genai Şeffel selfi çəkmək istəyərkən canından olub.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, dostları ilə birlikdə dəniz kənarında dincələn Aurora selfi çəkmək üçün iri kötüyün üzərinə çıxıb. Anidən kötük yerindən oynayıb. Onun dostları qaça bilsələr də, Aurora yuvarlanan kötüyün altında qalıb.
O, dərhal xəstəxanaya çatdırılsa da, xəstəxanada həyatını itirib.







