Logo

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirib

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Balıqçı, artıq 20 ildir ki, üz örtüyü olmadan küçəyə çıxmır.

Haşmot Əli adlı şəxs Banqladeşdəki kiçik kənddə yaşayır. O, 20 il əvvəl kənd sakinləri ilə birgə balıq tutmağa gedərkən pələng onların olduğu qayığa atılıb. Yırtıcı pəncəsi ilə Əlinin üzünə zərbə endirib və onu suya atıb, bundan sonra özü də çaya düşüb. Oğlan pələng hadisə yerindən uzaqlaşdıqdan sonra balıqçı yoldaşları tərəfindən dərhal həkimə çatdırılıb.

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirib

Həkimlər onun həyatını xilas edə biliblər, lakin Əli hadisədən sonra ilk dəfə güzgüdə üzünə baxan zaman az qala hönkür-hönkür ağlayıb.

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirib

Kənd sakinləri ondan kənar gəzməyə başladı, ətrafdakıların xoşagəlməz baxışları ilə qarşılaşan Əli evdə oturmağa qərar verdi.

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirib

Balıqçı, artıq 20 ildir ki, üz örtüyü olmadan küçəyə çıxmır. Yerli sakinlər onu "üzsüz insan” adlandırırlar.

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirib

Pələngin pəncəsi ilə endirdiyi zərbə Əlinin üzünün sol tərəfini eybəcər hala salıb, ağız hissəsi dəhşətli hala düşdüyündən dişləri açıqda qalıb, burnunun qalığı isə əks tərəfə əyilib. Haşmotun plastiki əməliyyat üçün imkanı yoxdur. Belə bir əməliyyat onun üçün əlçatmaz xəyaldır. Lakin balıqçı bu gün daha çox özü və övladları barədə düşünür.(inter.az)

Əlinin iki oğlu və bir qızı var və o, atasının xarici görünüşü səbəbindən qızının ərə getməyəcəyindən ehtiyat edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR