Logo

Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO

Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən nüfuzlu və məşhur fotomüsabiqələrindən olan "World Press Photo"da əsas mükafat türk fotoqraf Burhan Özbiliciyə verilib.

Sfera.az Reuters-ə istinadən bildirir ki, o, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Mert Altıntaşı qanlı cinayəti əsnasında çəkmişdi.

B.Özbilicinin fotosu "Təcili xəbərlər" nominasiyasında da qalib sayılıb.

Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO

"World Press Photo"nun münsiflər heyətinin üzvü Mari Kalvert deyib: "Bu fotoda Rusiyanın səfirini güllələmiş Mövlut Mert Altıntaş nəsə qışqırır. Onun yanında, yerdə isə səfirin cəsədi vıar. Fotonu qalib saymaq çox çətindi. Lakin sonucda qərara gəldik ki, məhz bu foto dünyanı başına almış nifrəti səciyyələndirir. Hər dəfə bu foto ekranda peyda olanda geri çəkilmək istəyirsən. Partladıcı obrazdır və gerçəkdən də hiss etdik ki, bu görüntüdə onu ilin jurnalist fotosu saymağa imkan verən məzmun var".

Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya türklərin gözü ilə" sərgisinin açılışında qətlə yetirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR