Logo

ÇİNİN BU MAŞINLARI HAMINI HEYRƏTLƏNDİRƏCƏK…. – FOTOLAR

ÇİNİN BU MAŞINLARI HAMINI HEYRƏTLƏNDİRƏCƏK…. – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq 3 ildir Azərbaycan avtomobil bazarında yer alan Çinin "Baic” markası 2017-ci ilə möhtəşəm start verib.

Belə ki, "Baic” markası bu il Azərbaycan avtomobil həvəskarlarının önünə 6 modellə çıxır. Bu modellər Baic D20, Baic M20, Baic X25, Baic X55, Baic BJ 40 və Baic BJ80 modelləridir. Yuxarıda göstərilən modellərdən Baic D20 və Baic BJ 40 modelləri Azərbaycan alıcılarına tanışdır. Belə ki, D20 modeli "Baic” markasının A115 modelinin yenilənmiş formasıdır. D20 həm interyer, həm də eksteryer baxımından sələfindən çox fərqlənir. D20 modeli də sələfi A115 kimi 2 versiyada təqdim olunur. Bunlar sedan və heçbek versiyalarıdır. D20 modeli artıq "Baic” markasının Azərbaycanda yeganə və rəsmi distribüteri olan Sirena Motors-un salonlarında satışdadır.

Avtomobil həvəskarlarına tanış olan modellərdən biri də BJ40 modelidir. BJ 40 modeli 2015-ci ilin əvvəlində satışa çıxarılıb. Həmin vaxtı modeldən 3 ədəd Azərbaycan alıcılarına təqdim olunub. Avtomobilə olan tələbatı nəzərə alan distribyutor BJ40 modelindən yenə satışa çıxarır. Model fevral ayının axırından satışa çıxarılacaqdır.

"Baic” markasının X25 modeli artıq bir neçə gündür satışa çıxarılıb. X25 modelinin satış qiyməti 27500 Azn-dir.

Satışa çıxarılan modellərdən biri də M20 modelidir. M20-nin əsas üstünlüklərindən biri avtomobilin 7 nəfərlik olmasıdır. Bu model ailə avtomobili adlandırılır. Avtomobilin satış qiyməti 22.000 Azn-dir.

Martın 3-də "Baic” markasının X25 və BJ80 modellərinin təqdimat mərasimi keçiriləcəkdir. Avtomobillər təqdimat günündən etibarən satışda olacaqdır. Avtomobillərin qiyməti hələ ki açıqlanmır. X25 modeli artıq sosial şəbəkələrdə şəhər gözəlçəsi ləqəbini qazanıb. Model komplektasiya baxımından çox zəngindir.

Artıq neçə vaxtdır ki, avtomobil həvəskarlarının maraq dairəsində olan Baic BJ80 modelidir. Baic BJ 80 Mercedes Benz ilə birgə işlənib hazırlanan avtomobildir. Avtomobil interyer və eksteryer baxımından hər kəsin diqqətini özünə cəlb etməyi bacarır. Elə bu səbəbdən də avtomobilin təqdimatdan sonra Sirena Motors-un salonunda nümayişi keçiriləcəkdir. Bu təqdimat mərasimində iştirak etməyən şəxslər üçün xüsusi hazırlanmış bir sərgi olacaqdır. BJ 80 və digər modellər haqda həm media nümayəndələrini, həm də avtomobil həvəskarlarını maraqlandıran bütün sualları "Baic” avtomobil zavodunun rəhbərliyi və onu müşayiət edən nümayəndə heyyəti cavablandıracaqdır.

Ətraflı məlumatı 1630 nömrəsindən və sirenamotors.az saytından əldə etmək olar.

Çinin bu maşınları hamını heyrətləndirəcək....
Çinin bu maşınları hamını heyrətləndirəcək....
Çinin bu maşınları hamını heyrətləndirəcək....
Çinin bu maşınları hamını heyrətləndirəcək....
Çinin bu maşınları hamını heyrətləndirəcək....
Çinin bu maşınları hamını heyrətləndirəcək....
Çinin bu maşınları hamını heyrətləndirəcək....

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR