Logo

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aktyor Con Travoltanın evini görənlər heyrətlənməyə bilmir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyorun evi Florida ştatının Okala şəhərindəki özəl "Greystone" hava limanının ərazisində yerləşir. Travoltanın mülkünün həyətində təyyarələrin park edilməsi üçün ərazi var.

Conun anqarında özəl iş təyyarəsi, "Boeing 707", tək mühərrikli təyyarə və iki başqa təyyarənin olduğu bildirilir. Bundan başqa, evin həyətində 16 avtomobil üçün nəzərdə tutulmuş qaraj da var.

Qeyd edək ki, aktyor və rejissor olmaqla yanaşı, 62 yaşlı Travolta sertifikatı olan pilotdur. O, ilk uçuşunu 1970-ci ildə həyata keçirib. Bundan başqa, Con "Qantas hava yollarının" işçisidir və "Boeing 707" özəl təyyarəsi ilə 10 ölkənin 13 şəhərinə səfər edib.

Aktyor 2010-cu ildə özəl təyyarəsi ilə Haiti zəlzələsindən əziyyət çəkənlərə 4 ton qida, tibbi ləvazimat aparıb.

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar 

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar 

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar 

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar 

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar 

Həyətində 5 təyyarəsi olan aktyor - fotolar
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR