Logo

Azərbaycanda vulkan püskürdü - ANBAAN VİDEO

Azərbaycanda vulkan püskürdü - ANBAAN VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Səngəçalda palçıq vulkanı püskürməsi hadisəsi baş verib.

BiG.AZ xəbər verir ki, qəsəbədə baş verən palçıq vulkanının yaxınlığında yaşayan insanlar palçıq vulkanının baş verməsini anbaan izləyiblər.
Vulkan püskürməsindən sonra səmada qalın tüstü qatı əmələ gəlib.

AMEA-nın Geologiya və Geodeziya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdir Adil Əliyev publika.az-a bildirib ki, artıq vulkan püskürməsi dayanıb, sadəcə alov müşahidə edilir:

"Vulkan yaşayış məntəqələrindən kənarda, Qobustanda baş verib. Vulkanın tədqiq edilməsi üçün sabah əməkdaşlarımız əraziyə gedəcək. Orada baxış keçirəndən sonra hadisənin səbəbləri barədə daha ətraflı məlumat verə bilərik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR