Logo

Su ilə zəngin planet tapıldı

Su ilə zəngin planet tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın Kil Universitetinin alimləri su ilə bol olan planet tapıblar.

Qaynarinfo.Az Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, planetdə su çox olduğundan mütəxəssislər kosmik cismin daxilində həyatın mövcudluğunu güman edirlər. "Daily Mail” yazır ki, tədqiqatçılar su ilə dolu planeti Yerdən 39 işıq ili uzaqlıqda aşkarlayıblar. Yerdən böyük olan və "GJ1132B” adlanan yeni planetin öz atmosfer mühiti var. Buna görə də alimlər belə nəticə çıxarıblar ki, orada su ola bilər.

Kosmik cisimdə atmosferin axtarışı planetlərin aşkarlanmasında istifadə olunan "tranzit” metodun köməyi ilə aparılıb. Bu barədə tədqiqatçılar komandasının başçısı Con Coutvort məlumat verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR