Logo

"WhatsApp"da 3 YENİ FUNKSİYA istifadəyə verildi

"WhatsApp"da 3 YENİ FUNKSİYA istifadəyə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Populyar "WhatsApp" internet messenceri yenilənmə nəticəsində birdən-birə 3 yeni funksiya əldə edib.

Xüsusilə əlavədə offlayn rejim yaradılıb. Bu funksiya hətta mobil cihaz istifadəçisi internetə qoşulmadığı halda mətn məlumatı yığmağa imkan verəcək.
 
Təbii ki, məlumatı göndərmək mümkün olmayacaq. Ancaq onlar yaddaşda qalacaq, xüsusi növbəyə düzüləcək və internetə qoşulmanı gözləyəcək.

Bununla belə, göndərilməmiş məlumatlar xüsusi piktoqramla (saatla) qeyd ediləcək. Göndərilmiş məlumatlar isə həmişəki işarə ilə qeyd edilir.

"WhatsApp" messencerinin yeni funksiyalarından biri də eyni anda göndərilməsi mümkün olan foto və video faylların həcminin genişləndirilməsidir. Bu funksiya müxtəlif multimedia elementlərinin genişləndiyi bir dövrdə xüsusilə aktualdır.

Üstəlik, "WhatsApp"da əlavə saxlancı idarə etmək üçün xüsusi interfeys də mövcuddur. Bundan istifadə etmək üçün proqramın seçimlərində olan müvafiq bəndi seçmək lazım gələcək.
 
Messencerin yeni versiyasından artıq iOS və "Android" əməliyyat sistemlərindən olan əlavələrdə istifadə etmək mümkündür./Lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR