Logo

Tanınmış astroloqdan 2017-ci il üçün ŞOK proqnozlar: "Ölkədə təxribatlar ola bilər"

Tanınmış astroloqdan 2017-ci il üçün ŞOK proqnozlar: "Ölkədə təxribatlar ola bilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli.Az xəbər verir ki, tanınmış azərbaycanlı astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimli 2017-ci ilə dair astroloji proqnozlarını açıqlayıb.

S.Rəhimlinin həmişə böyük maraq doğuran proqnozlarda bu dəfə Donald Trampa sui-qəsd, Vladimir Putinin istefası, İŞİD-in aqibəti, bir sıra ölkələrdə dövlət çevrilişləri, zəlzələlər, Türkiyədə terror aktları, eləcə də Azərbaycanda ictimai-siyasi-iqtisadi proseslər, təxribatlar, o cümlədən Qarabağın taleyi və s. ilə bağlı məsələlərə toxunulur.

Milli.Az astroloqun 2017-ci il üçün bəzi proqnozlarını təqdim edir:

- Bu il kiçiklər böyüklərin içində hər mənada əriyəcək. Prosesləri uzatmaq istəyən güclər nəyin bahasına olursa olsun, bütün yarımçıq işləri tamamlamağa çalışacaqlar. Bu da öz-özülüyündə ağır fəsadlara yol açacaq. Baş verənləri qitələrarası gərginlik də hesab etmək olar;

- Dünyada mövcud olan iqtisadi böhran ən yaxşı halda avqustun ortalarına qədər davam edəcək;

- İŞİD terror təşkilatı darmadağın olsa, müxtəlif ölkələrdə səyyar terrorları daha sərt şəkildə artıracaqlar;

- Rusiya prezidenti Vladimir Putinin könüllü istefaya getməsi və ya hakimiyyətdən salınması baş verməyəcək;  
- Suriya prezidenti Bəşər Əsəd 2017-ci ildə də ölkəyə rəhbərlik edəcək;  
- Türkiyə ilə Suriyanın münasibətlərində müsbət dönüş yaranacaq;

- Türkiyədə terror olayları fevral ayından başlayaraq sürətlə zərərsizləşdirilməyə doğru gedəcək;  
- ABŞ-ın yeni prezidenti Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması və ya ona qarşı hər hansı sui-qəsd kimi hallar olmayacaq;

- Dünyanın 30-a yaxın ölkəsində üsyanlar, ictimai-siyasi xadimlərə qarşı ölümlə nəticələnən sui-qəsdlər, dövlət çevrilişləri, hakimiyyət dəyişiklikləri baş verəcək;

- 2017-ci ildə təyyarə qəzaları və dəhrşətli təbii fəlakətlər, xüsusən də zəlzələlərin sayı rekord həddə çatacaq;

- İl ərzində Rusiya ilə yanaşı, Kanada, İtaliya, Danimarka, Hindistan, Meksika, Balkan yarımadası və Baltikyanı ölkələrdə də böyük hadisələr baş verəcək;  
- Yer altından çoxlu sayda və bəşəriyyətin az bildiyi qədim şəhərlər üzə çıxacaq;

- 2017-ci ildə Azərbaycanda hər hansı seçki keçirilməyəcək;  
- Qarabağda hər hansı döyüş əməliyyyatları olmayacaq, savaş müstəvisindən diplomatik müstəviyə keçiləcək; 
- Bu il ölkədə xırda və orta səviyyəli məmurların istefaları çox olacaq, hətta hamının tanıdıqlarından 5 məmur vəzifəsini itirəcək;
- Xəzərdəki platformalarda ölümlə nəticələnən qəzalar olmayacaq;

- İlin ikinci yarısından etibarən ölkədə qismən iqtisadi stabillik yaranacaq;  
- Azərbaycanın mart, may, iyun aylarında və sentyabr ayından sonra hər cür təxribata qarşı tədbirli olması lazım gələcək;  
- İl ərzində ölkədə hər hansı öldürücü virus və epidemiyalar olmayacaq;
- Azərbaycanda incəsənətin populyar xətlərində qəmli yarımçıqlar baş verəcək.

S.Rəhimli qeyd edib ki, ilin sonunda açıqladığı proqnozların ənənəvi təhlilini də aparacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR