Kombilərinizi dərhal söndürün - Bu vəziyyətlə üzləşəndə...
Kateqoriya məlum deyil
Türkiyədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrdə elektrik enerjisinin verilməsində problem yaranıb.
Sfera.az məlumatına görə, İstanbul Qaz Paylayıcı şirkəti abunəçilərə elektrik enerjisi bərpa olunana qədər kombi sistemləri və istilik qazanxanalarını şəbəkədən ayırmağı tövsiyyə edib. Bildirilib ki, elektrik enerjisinin bərpa olunması ilə yarana biləcək ani yükləmələr cihazlarda problemlərə yol aça bilər.
Kombi kimi bəzi cihazlar vəziyyəti avtomatik olaraq tənzimləyə bilir və sistem qazın cihaza daxil olmasının qarşısını alır. Lakin digər cihazlarda bu mümkün olmaya bilər. Bu üzdən bütün təbii qazla işləyən cihazların şəbəkədən ayrılması tövsiyyə olunub.






